Avtobus çaya aşıb, azı 10 nəfər ölüb

Avtobus çaya aşıb, azı 10 nəfər ölüb
  27 Mart 2017    Oxunub:1435
Hindistanın Manipur ştatında avtobusun çaya düşməsi nəticəsində azı 10 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə İmphal-Dimapur şosesində baş verib. Qəzanın səbəbləri hələlik məlum deyil.

Yerli polisin məlumatına görə, yaralılar xəstəxanalara çatdırılıb, ölənlərin sayının artacağı istisna edilmir.

AzVision.az


Teqlər: Avtobus   Qəza   Hindistan  





Xəbər lenti