Ermənistanda elektron səsvermə başa çatıb

Ermənistanda elektron səsvermə başa çatıb
  27 Mart 2017    Oxunub:1241
Ermənistanda parlament seçkiləri üzrə elektron səsvermə başa çatıb.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, elektron səsvermə martın 24-ü saat 08:00-də başlayıb və 26 mart, yerli vaxtla saat 20:00-a qədər davam edib.

Səsvermədə ümumilikdə 877 seçici iştirak edib. Səsvermənin nəticələri aprelin ikisi ölkədə keçiriləcək parlament seçkiləri zamanın nəticələri acıqlanan zaman bilinəcək.

Qeyd edək ki, elektron səsvermə xaricdə yaşayan diplomatlar və onların ailə üzvləri, həmçinin tələbələr və hərbilər üçün nəzərdə tutulub.

Eldar Əlvanoğlu
AzVision.az


Teqlər: Ermənistan   Seçki   Elektron  





Xəbər lenti