Tramp kürəkəninə yeni vəzifə verəcək

Tramp kürəkəninə yeni vəzifə verəcək
  27 Mart 2017    Oxunub:1830
ABŞ prezidenti Donald Tramp bazar ertəsi Ağ evdə geniş səlahiyyətlərə malik yeni bölmənin açılışını elan etmək niyyətindədir. Bu bölməyə onun baş müşaviri və kürəkəni Cared Kuşner rəhbərlik edəcək.

Bu barədə “Washington Post” nəşri məlumat yayıb. Qəzetin məlumatına görə, Amerika İnnovasiya İdarəsi Ağ evin qərb hissəsində bölmə kimi fəaliyyət göstərəcək və birbaşa Donald Trampa tabe olacaq. İdarənin funksiyaları sırasına federal bürokratik sistemin işinə və Trampın seçkiqabağı verdiyi vədlərin yerinə yetirilməsinə nəzarət daxildir. Nəşr bu vədlərin sırasında veteranlara qayğı və narkomaniya ilə mübarizəni vurğulayıb.

İdarənin heyəti sabiq kommersiya rəhbərlərindən ibarət olacaq.

Eldar Əlvanoğlu
AzVision.az


Teqlər: Tramp   Ağev   ABŞ  





Xəbər lenti