Təyyarə bombaları satan silah alverçiləri tutuldu

Təyyarə bombaları satan silah alverçiləri tutuldu
  27 Mart 2017    Oxunub:1486
Rusiyanın Federal Təhlükəsizlik Xidməti mərkəzi Rusiyada silah alveri ilə məşğul olan şəxsləri saxlayıb.
AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, dəstə üzvlərindən üç təyyarə bombası, 56 ədəd odlu silah, 15 kq partlayıcı, qumbaralar, minalar və digər silah-sursat müsadirə edilib.

Cinayətkar dəstənin üzvlərinin saxlanması ilə bağlı əməliyyat ötən həftə Kaluqa, Bryansk və Moskva vilayətlərində aparılıb. Nəticədə silah-sursat hazırlanması ilə məşğul olan 4 müəssisə aşkar edilərək bağlanıb. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

Eldar Əlvanoğlu
AzVision.az



Teqlər: Silah   Rusiya  





Xəbər lenti