"Samvel Babayan siyasi məhbusdur" - Sabiq erməni nazir
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu bu gün İrəvanda keçirilən mətbuat konfransında “Ohanyan – Raffi – Ovanisyan” blokunun üzvü, keçmiş XİN rəhbəri Vardan Oskanyan bildirib.
Samvel Babayanın həbsini şərh edən Oskanyan onun Kirayr Sefilyan və Andreas Qukasyan kimi siyasi məhbus olduğunu vurğulayıb.
“Hakimiyyət dəyişikliyindən sonra həmin şəxslər daxil olmaqla siyasi məhbusların hamısı azadlığa buraxılacaq”.
Eldar Əlvanoğlu
AzVision.az
Teqlər: Ermənistan Oskanyan