"Anqar manyak"ı daha 60 qətldə ittiham olunur

"Anqar manyak"ı daha 60 qətldə ittiham olunur
  27 Mart 2017    Oxunub:1236
Anqarskdan olan manyak Mixail Popkova daha 60 cinayət üzrə ittiham irəli sürülüb. Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

TASS-ın verdiyi xəbərə görə, 2015-ci ildə məhkəmə 22 qətl törətdiyinə və iki sui-qəsdə görə Popkovu ömürlük həbs cəzasına məhkum etmişdi. Hökm çıxarıldıqdan sonra məhkum digər qətllər törətdiyini etiraf etmiş və ona qarşı yeni cinayət işi açılmışdı.

İstintaq Komitəsinin məlumatına görə, Mixail Popkov 20 il ərzində İrkutsk vilayətində azı 84 qətl törədib. Onun öldürdüyü qadınların yaşı 16-40 arasında dəyişir.

Qeyd edib ki, keçmiş milis işçisi olan Popkov 2012-ci ildə Vladivostokda həbs edilib. Təhqiqat müddətində yüzlərlə şahid dindirilib və 200-dən çox ekspertiza aparılıb. Cinayət işinin həcmi 300 cilddən çoxdur. Manyakın yeni məhkəməsinin ilin sonlarında olacağı gözlənilir.

AzVision.az


Teqlər: Rusiya   Qətl  





Xəbər lenti