Məmmədyarov müavinini Türkiyə ilə danışıqlara göndərdi

Məmmədyarov müavinini Türkiyə ilə danışıqlara göndərdi
  27 Mart 2017    Oxunub:1812
Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr keçiriləcək.
color=blue>AzVision.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in rəsmi saytında məlumat yerləşdirilib.
Məlumata əsasən məsləhətləşmələr bu gün Ankara şəhərində keçiriləcək. Bununla əlaqədar Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Türkiyədə səfərdədir.

Məsləhətləşmələr zamanı tərəflər ikitərəfli münasibətləri, regional və beynəlxalq gündəlikdə olan məsələləri müzakirə edəcəklər.

Eldar Əlvanoğlu
AzVision.az


Teqlər: Türkiyə   Azərbaycan   XİN  





Xəbər lenti