MPH lideri Rusiyanı ittiham etdi: "Putin kimi aldadır?"

MPH lideri Rusiyanı ittiham etdi: "Putin kimi aldadır?"
  27 Mart 2017    Oxunub:2308
“Türk millətinə qarşı düşmən mərkəzlərin hamısı Rusiya ilə birgə cəbhədədir”.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib. Onun sözlərinə görə, Rusiyanın YPG, PYD ilə əlaqələri mövcuddur.

“Rusiya bir tərəfdən dostluq mesajları verir, digər tərəfdən meyvə-tərəvəz embarqosunu ləğv etməkdən çəkinməklə PKK, PYD, YPG ilə eyni səviyyədə durur. Putin hakimiyyəti kimi aldadır? Moskva Türkiyəni nə zənn edir? Təəssüf ki, Rusiya Afrinə zirehli vasitələrlə əsgər yerləşdirir, baza qurur, Moskvada terror təşkilatlarının ofislərini açır. Hələb qatilləri, türkmən qatilləri eyni tövlədə, Türkmən dağında qan tökənlər eyni səngərdədirlər. Türkiyə çox çətin, təhlükəli bir prosesdən keçir”-deyə MHP lideri sərt fikirlər səsləndirib.

AzVision.az



Teqlər: Rusiya   Türkiyə   MHP  





Xəbər lenti