Rusiyada müxalifət liderinə 15 sutka həbs verildi

Rusiyada müxalifət liderinə 15 sutka həbs verildi
  27 Mart 2017    Oxunub:1457
Moskva şəhərinin Tver Məhkəməsi Korrupsiya ilə Mübarizə Fondunun yaradıcısı, müxalifətçi Aleksey Navalnı haqqında 15 sutkalıq inzibati həbs qərarı çıxarıb.
usiya KİV-lərin yaydığı məlumata görə, Navalnı martın 26-da Moskvada keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılarkən müqavimət göstərməkdə ittiham olunub. Bu qərardan əvvəl isə müxalifətçi-bloqqer 20 min rubl məbləğində cərimələnib.

Navalnı baş nazir Dmitri Medvedyev barədə sensasion araşdırmanı yayıb və daha sonra rusiyalıları korrupsiyaya qarşı etirazlara çağırıb. Onun çağırışı əsasında dünən Rusiyanın şəhərlərində aksiyalar olub.

Qeyd edək ki, ötən gün Moskvada müxalif “Tərəqqi” partiyasının üzvləri icazəsiz etiraz aksiyası keçirməyə cəhd ediblər. Nəticədə 500 etirazçı saxlanılıb, 1 polis əməkdaşı yaralanıb.

AzVision.az


Teqlər: Rusiya   Müxalifət   Navalnı  





Xəbər lenti