“İlham Əliyev və Sarkisyan yaxın vaxtda görüşə bilər”

“İlham Əliyev və Sarkisyan yaxın vaxtda görüşə bilər”
  27 Mart 2017    Oxunub:2096
"Ermənistan və Azərbaycan prezidentlərinin görüşü üçün lazımı şəraitin hazırlanması üzrə müəyyən iş görülür".
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu İrəvanda jurnalistlərə açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland bildirib.

“Bilirsiniz ki, Moskvada XİN rəhbərləri ayrı-ayrı görüşlər keçiriblər. Fikrimzcə, yaxın vaxtda Azərbaycan və Ermənistanın XİN rəhbərləri prezidentlərin görüşünü təşkil etmək üçün yenidən Moskvada görüşə bilərlər”, - deyə Hoqland vurğulayıb.

Eldar Əlvanoğlu
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   ABŞ   Həmsədr  





Xəbər lenti