FİDE prezidenti istefa vermədiyini açıqladı

FİDE prezidenti istefa vermədiyini açıqladı
  27 Mart 2017    Oxunub:1922
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov istefası barədə yayılan məlumatla münasibət bildirib.
AzVision.az xəbər verir ki, K.İlümjinov TASS-a açıqlamasında qurumun rəhbəri postundan getmədiyini bildirib.

“Məni vəzifədən götürmək istəyirdilər, amma bunu bacarmadılar. Mən heç nəyi imzalamamışam və istefaya getməyəcəyəm”, - deyə o bildirib.

Qeyd edək ki, bir qədər əvvəl təşkilatın rəsmi saytında Kirsan İlümjinovun vəzifəsindən istefa verdiyi barədə məlumat yerləşdirilmişdi.

AzVision.az


Teqlər: FİDEO   İstefa  





Xəbər lenti