Amerikalı həmsədr: “Qarabağ münaqişəsi ilə bağlı 3 hissəli plan var”

Amerikalı həmsədr: “Qarabağ münaqişəsi ilə bağlı 3 hissəli plan var”
  27 Mart 2017    Oxunub:4749
"Bəzən siyasi səbəblərdən bu və ya digər lider Dağlıq Qarabağda müharibənin mümkünlüyü haqqında bəyanat verir, digər tərəfi isə cavab verir ki, biz də mübarizə aparacağıq. AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.
Diplomatın sozlərinə görə, bu bəyanatlar təkcə sözdə qalmalı və əsla hərəkətlərə çevrilməməlidir. Münaqişənin həlli ilə bağlı danışıqlar masasında bir sıra planların olduğunu deyən Hoqland bildirib ki, münaqişə tərəflərinin rəhbərləri siyasi iradə nümayiş etdirərək danışıqlar masasına qayıtmalıdır.

“Dövriyyədə olan plan var və o, 3 hissədən ibarətdir. Hazırda bu planın detallarını açıqlamağı məqsədəuyğun hesab etmirəm. Tərəflər onun üzərində işləyir. Ola bilsin ki, bu planlar yekun deyil, amma onlar hazırda dövriyyədədir. Bu isə o deməkdir ki, onlar ətrafında danışıqlar davam etməlidir”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Qarabağ   ABŞ   Həmsədr  





Xəbər lenti