16 ton Azərbaycan pomidoru Rusiyaya buraxılmadı

16 ton Azərbaycan pomidoru Rusiyaya buraxılmadı
  28 Mart 2017    Oxunub:1776
“Rosselxoznadzor” Federal Xidməti Azərbaycandan Rusiyaya aparılan 16,2 ton pomidoru ölkəyə buraxmayıb.
AzVision.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Rosselxoznadzor”un Dağıstan bölməsinin əməkdaşları "Yaraq-Qazmalyar" buraxılış məntəqəsində Azərbaycandan gələn 16,2 ton pomidoru saxlayıb.

Buna səbəb kimi Azərbaycandan gətirilən məhsulda zərərli güvənin olması göstərilib.

Pomidorları aparan şəxs məhsulun gətirilməsi və daşınması qaydalarının pozuntusuna görə inzibati məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, son günlər belə hadisələr tez-tez baş verir. Sahibkarlar satmaq üçün Rusiyaya apardıqları məhsulların gömrükdən buraxılmamasından şikayətlənirlər.

AzVision.az


Teqlər: Rusiya   Azərbaycan   Məhsul  





Xəbər lenti