Hərbi maşın qəzaya düşdü, 28 əsgər yaralandı

Hərbi maşın qəzaya düşdü, 28 əsgər yaralandı
  28 Mart 2017    Oxunub:1305
Qırğızıstanın cənubunda hərbçiləri daşıyan “KamAZ” markalı yük maşını yaşayış evinə çırpılıb.

İnsident bu gün Kadamjay şəhərində qeydə alınıb. Hadisə nəticəsində 28 hərbçi xəstəxanaya yerləşdirilib. Onlardan bir neçəsinin ağır vəziyyətdə olduğu bildirilir.

Qəzanın səbəbləri barədə məlumat verilmir. (APA)

AzVision.az


Teqlər: Hərbçilər   Qəza   Yaralı  





Xəbər lenti