Bir şəhər suyun altında qaldı

Bir şəhər suyun altında qaldı
  28 Mart 2017    Oxunub:1124
Perunun şimal-qərbində yerləşən Piura şəhəri selə təslim olub.

"RİA Novosti"nin verdiyi məlumata görə, çayın daşması nəticəsində mərkəzi yaşayış məntəqələri suyun altında qalıb. 300 ailə evakuasiya edilib.

Rəsmi rəqəmlərə görə, təbii fəlakət nəticəsində 90 nəfər ölüb, 20 nəfər itkin düşüb. 200 mindən artıq evin daşqından yararsız hala düşdüyü bildirilir.

AzVision.az


Teqlər: Peru   Şəhər  





Xəbər lenti