Azərbaycan Yunanıstanın qaz şəbəkəsini alır

Azərbaycan Yunanıstanın qaz şəbəkəsini alır
  27 Avqust 2013    Oxunub:1163
Azərbaycan Yunanıstandan 400 milyon avroya qaz nəqliyyat sistemi alacaq.
AzVision.az xəbər verir ki, yaxın günlərdə “Hellenic Petroleum” şirkətinin səhmdarlarının növbədənkənar iclası keçiriləcək. Burada Azərbaycan Dövlət neft şirkəti SOCAR Yunanıstanın DESFA şirkətinin qaz nəqliyyat sistemi operatorunun səhmlərini alması müzakirə olunacaq. Azərbaycan bunun üçün 400 milyon avro ödəməyə hazır olduğunu bildirib. SOCAR-ın təklifinə əsasən Azərbaycan şirkəti Yunanıstanın DESFA qaz nəqliyyat sistemi operatorunun səhmlərinin 66 %-ni almağa hazırdır.

Xatırladaq ki, əvvəlcə Rusiyanın “Sintez” qrupu və “PPF-Terna” yunan-çex investisiya şirkəti DESFA-nın səhmləri üzrə SOCAR-a rəqib idi. Amma iyun ayında hər iki şirkət səhmləri almaqdan imtina ediblər.

İki ölkə şirkəti arasında bağlanan müqavilə hər iki tərəfi razı salır. Yunanıstan Dövlət Özəlləşdirmə Fondunun nümayəndələri SOCAR-ı yunan bazarında çox ciddi və strateji tərəfdaş kimi qəbul edəcəklərini bildirib. Həmçinin bu müqavilə ölkə iqtisadiyyatının inkişafına həlledici təsir göstərəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti