Tramp kürəkəninə Ağ evdə vəzifə verdi

Tramp kürəkəninə Ağ evdə vəzifə verdi
  28 Mart 2017    Oxunub:1428
ABŞ prezidenti Donald Trampın kürəkəni, həmçinin müşaviri olan Cared Kuşner Ağ Ev yanında yeni yaradılan Amerika İnnovasiya Ofisinin (Office of American Innovation) rəhbəri təyin olunub.

AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Trampın mətbuat katibi Şon Spayser məlumat verib.

“Bu, daha çevik və qənaətcil hökumətin formalaşmasına imkan yaradacaq”, - deyə Spayser bildirib.

Onun sözlərinə görə, Kuşner həmçinin nazirlik və idarələrdə texnologiyaların təkmilləşdirilməsi ilə məşğul olacaq.

Eldar Əlvanoğlu
AzVision.az


Teqlər: ABŞ   AğEv   Tramp  





Xəbər lenti