Həmsədrlər Sarkisyanı Bakı görüşləri haqda məlumatlandırdı

Həmsədrlər Sarkisyanı Bakı görüşləri haqda məlumatlandırdı
  28 Mart 2017    Oxunub:1915
Ermənistan prezidenti Serj Sarkisyan ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popovu, Riçard Hoqlandı və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini, həmçinin təmas xəttindəki vəziyyəti müzakirə ediblər.
Həmsədrlər Ermənistan prezidentinə daha əvvəl Bakıda keçirdikləri görüşlərin yekunları haqda məlumat veriblər.

Eldar Əlvanoğlu
AzVision.az



Teqlər: Ermənistan   Azərbaycan   Qarabağ   ATƏT   Minsk  





Xəbər lenti