Parisdə qarşıdurma: 3 polis yaralandı, 35 nəfər tutuldu (VİDEO)

Parisdə qarşıdurma: 3 polis yaralandı, 35 nəfər tutuldu (VİDEO)
  28 Mart 2017    Oxunub:2000
Fransa paytaxtı Parisdə 56 yaşlı Li Şayonun polislər tərəfindən öldürülməsindən sonra yaşanan qarşıdurmalar nəticəsində üç hüquq mühafizə orqanı əməkdaşı yaralanıb. AzVision.az “Le Parisien”-ə istinadən xəbər verir ki, ölən şəxsin xatirəsini anmaq üçün onlarla adam bir yerə toplaşıb.
Parisin 19-cu dairəsinin polis bölməsi yaxınlığında keçirilən dinc aksiya sonradan qarşıdurmaya çevrilib. Hadisə nəticəsində naməlum şəxslər polis avtomobilinin şüşəsini sındırıb, onu yandırmağa çalışıblar.

Polis aksiya iştirakçılarını ərazidən uzlaşdırmağa cəhd göstərib, lakin bu vaxt aksiya iştirakçıları onlara daş və şüşə qablar atmağa başlayıblar.

Ümumilikdə qarşıdurmalar nəticəsində ən azı 35 nəfər saxlanılıb.



Eldar Əlvanoğlu
AzVision.az



Teqlər: Fransa   Paris   Qarşıdurma  





Xəbər lenti