Saakaşvili aparıcılıq edəcək - Fotolar

Saakaşvili aparıcılıq edəcək - Fotolar
  28 Mart 2017    Oxunub:1693
Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili televiziya aparıcısı olacaq.
AzVision.az xəbər verir ki, bu barədə Saakaşvili özü “Facebook” səhifəsində elan edib.

Məlumatda qeyd olunub ki, keçmiş prezident “Zik” telekanalında həftəlik “Başqa Ukrayna” tok-şousunu aparacaq.

İlk verilişin çəkilişləri artıq başa çatıb.






İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Saakaşvili  





Xəbər lenti