Belarus prezidenti: "Ermənistan məndən Lapşini istəməyib"

Belarus prezidenti: "Ermənistan məndən Lapşini istəməyib"
  28 Mart 2017    Oxunub:2038
“Biz (Belarus və Ermənistan-red) yaxın xalqlarıq, belə də qalacağıq. Ermənistan Azərbaycana qarşı müxtəlif cür yanaşır, amma onlarda bizə yaxın xalqdır. Niyə biz Azərbaycan və Ermənistanla mübahisə etməliyik? Bəlkə biz Azərbaycana və Ermənistana nə vaxtsa lazım olacağıq. Axı mənə aidiyyəti olan işə niyə girişməliyəm?”.
AzVision.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın Belarusdakı səfiri Armen Xaçatryanla görüşündə deyib.

Belarus prezidenti bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası məsələsinə də toxunub: “Lapşini xatırlayırsınız. Qulaq asın, burada Ermənistanlıq nə var? Ermənistana mənə Lapşin barədə heç vaxt heç nə deməyib. O, Azərbaycan tərəfindən axtarışa verilib. Onu burada saxlayanda mən nə üçün burada saxlanılıdığını soruşdum? Kaş o, istədiyi yerə gedərdi. Lakin saxlanılmışdı. İnterpol bunu bilirdi. Biz prosedur qaydalarına uyğun olaraq xəbər verdik. Biz Lapşini axtarışa verənlərə qaytarmalı idik”.

Eldar Əlvanoğlu
AzVision.az



Teqlər: Lukaşenko   Lapşin   Belarus  





Xəbər lenti