Ruhani Putinlə görüşdə əsas hədəfini açıqladı

Ruhani Putinlə görüşdə əsas hədəfini açıqladı
  28 Mart 2017    Oxunub:1571
İran prezidenti Həsən Ruhani rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı bəyan edib ki, Rusiya Federasiyası və İslam Respublikası arasında əməkdaşlıq üçüncü ölkəyə qarşı yönəlməyib.

AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ruhani vurğulayıb ki, son illər ölkələr arasında münasibətlər pozitiv olaraq inkişaf edir. O, həmçinin danışıqlar zamanı əlaqələrin inkişafı üçün yeni addımların atılacağına ümid etdiyini söyləyib:

“Bizim beynəlxalq terrorizm və narkotik təhlükəsi ilə mübarizədə yaxşı təcrübəmiz var. Son hədəfimiz regionda sülh və sabitliyin möhkəmləndirilməsidir. Bizim əlaqələrin inkişafı üçüncü ölkələrə qarşı yönəlməyib”.

Eldar Əlvanoğlu
AzVision.az


Teqlər: Ruhani   Putin   İran   Rusiya  





Xəbər lenti