İbrahimbəyov MSK-nı məhkəməyə verəcək

İbrahimbəyov MSK-nı məhkəməyə verəcək
  27 Avqust 2013    Oxunub:914
Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Mərkəzi Seçki Komissiyasının onun prezidentliyə namizədliyini təsdiqləməməyinə münasibət bildirib.
Avqustun 27-də “Media forum” saytına açıqlamasında Rüstəm İbrahimbəyov deyib ki, MSK-nın qərarı tam qanunsuz və əsassızdır: “Mən bu qərarla barışa bilmərəm. MSK-nı məhkəməyə verəcəm. Milli Şuranın qərarına əsasən, mən sonadək mübarizə aparmalıyam, bütün hüquqi prosedurlardan keçməliyəm. Mən də borcumu yerinə yetirib sonadək mübarizə aparacam. Əgər bir nəticə əldə edə bilməsək, Cəmil Həsənlinin namizədliyi ətrafında birləşəcəyik. Cəmil müəllim prezident vəzifəsinə tam uyğun şəxsiyyətdir”.

Son on ildə Azərbaycanda daimi yaşamamağı haqda MSK-nın iddiasına gəlincə, Rüstəm İbrahimbəyov bildirib: “Bu, tamamilə yalandır. Mən 20 ildir Azərbaycan Kinematoqrafçılar İttifaqının sədriyəm. İttifaq harada yerləşir, fəaliyyət göstərir? Azərbaycanda. Mən Azərbaycanda teatr açmışam və 13 ildir teatrın bədii rəhbəriyəm. 20 ildir Azərbaycan pasportu daşıyıram, vətəndaş kimi qeydiyyatdayam. Bəzən işlə bağlı xaricə səfərlərim olub. Amma mənim vətənim Azərbaycandır və orada yaşayıram. Vətənimdə daimi yaşamamağım haqda deyilənlər əsassız və uydurmadır.

Rüstəm İbrahimbəyov əlavə edib ki, Rusiya vətəndaşlığından çıxması haqda müraciətinə hələ də cavab verilməyib.


Teqlər:





Xəbər lenti