Əmək pensiyaları artdı
AzVision.az xəbər verir ki, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2013-cü il sentyabrın 1-dən 100 manat müəyyən edilib.
Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin sərəncama uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etsin.
AzVision.az