BMT-nin iki əməkdaşı qətlə yetirilib

BMT-nin iki əməkdaşı qətlə yetirilib
  29 Mart 2017    Oxunub:1402
Konqo Demokratik Respublikasında qətlə yetirilmiş üç insanın cəsədi tapılıb.

Bu barədə "Reuters" məlumat yayıb. Məlumatda bildirilir ki, onlardan ikisi BMT-nin əməkdaşıdır.

"Biz BMT-nin iki tədqiqatçısının cəsədini aşkar etmişik. Onlarla birlikdə olan üçüncü cəsədin konqolu tərcüməçiyə məxsus olduğunu aydınlaşdırdıq", – deyə bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl BMT-nin əməkdaşlarının öldürüldüyü xəbər verilmişdi. Onlar ABŞ və İsveç vətəndaşlarıdır.

AzVision.az


Teqlər: BMT   Konqo   Qətl  





Xəbər lenti