“Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır” - Ter-Petrosyan

“Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır” - Ter-Petrosyan
  29 Mart 2017    Oxunub:3610
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bəyan edib ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər tərəflərin danışıqlar apardığı sənədə uyğun olaraq Azərbaycana qaytarılmalıdır.AzVision.az xəbər verir ki, bu fikirləri sabiq prezident "Kentron" telekanalının efirində səsləndirib.
Ter-Petrosyan deyib: "Əgər biz bunu könüllü etməsək, onda bir dəfə ərazilər sanksiyalarla alınacaq".

Eks-prezident Madrid prinsiplərin dəstəklədiyini vurğulayıb:"Əgər Serj Sarkisyan bu yolla getsə, onda mən sona kimi onun yanında olacağam".

Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Erməni milli konqressi" aprelin 2-də keçiriləcək parlament seçkilərinə "Ermənistan Xalq Partiyası" ilə birlikdə, seçkiqabağı blok tərkibində qatılacaq.

Eldar Əlvanoğlu
AzVision.az


Teqlər: Ermənistan   Qarabağ   Ter-Petrosyan  





Xəbər lenti