Elmar Məmmədyarov yeni səfiri qəbul edib

Elmar Məmmədyarov yeni səfiri qəbul edib
  27 Avqust 2013    Oxunub:963
Xarici işlər naziri Elmar Məmmədyarov avqustun 27-də Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Dimitrios Tsounqası qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, E. Məmmədyarov Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafından məmnunluğunu bildirib, yeni səfirin fəaliyyətinin iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb, D. Tsounqasa gələcək fəaliyyətində uğurlar arzulayıb.

Etimadnaməsinin surətini E. Məmmədyarova təqdim edən səfir D. Tsounqas iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyini və diplomatik fəaliyyəti dövründə bu əməkdaşlığın daha da genişləndirilməsi üçün səylər göstərəcəyini vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti