KİV-lər üçün akkreditasiya vaxtı uzadıldı
Məlumat üçün bildirək ki, akkreditasiya yazılı mətbuat, fotoqraflar və rəsmi yayım hüququ olmayan televiziya və radio şirkətləri üçün nəzərdə tutulur.
Bakı 2017 Oyunlarını işıqlandırmaqda maraqlı olan mətbuat nümayəndələrinə akkreditasiyadan keçmək üçün son tarixdən öncə müraciət etmələrini tövsiyə edirik, çünki həmin tarixdən sonrakı müraciətlər qəbul edilməyəcək.
Media nümayəndələri baku2017.com saytının müvafiq bölməsinə daxil olaraq qeydiyyat prosesi barədə ətraflı məlumat toplayıb, akkreditasiya üçün müraciət edə bilərlər. https://www.baku2017.com/az/media/yerli-mtbuatin-akkreditasiya-prosesi
Bu bölmədə media nümayəndələri üçün akkreditasiyadan keçmək məqsədi ilə qoyulan tələblər, eyni zamanda oyunlar zamanı onlar üçün yaradılacaq şərait və təklif olunan xidmətlər barədə geniş məlumat yer alıb.
Akkreditasiya forması ilə bağlı müraciətinizi 9 aprel 2017-ci il tarixinədək bu ünvana göndərməyiniz xahiş olunur: [email protected]
Eldar Əlvanoğlu
AzVision.az
Teqlər: İslamOyunları KİV