Kaspşikin qrupu 7 nəfərə qədər artırıla bilər

Kaspşikin qrupu 7 nəfərə qədər artırıla bilər
  29 Mart 2017    Oxunub:1785
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Vyanada ATƏT rəhbərliyi ilə görüş keçirməyi planlaşdırır. AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Xankəndində bildirib.
"Biz tərəflərin mövqeyini dinlədik. Danışığın davamı Vyanada, Minsk qrupunun görüşündə olacaq. Biz, həmçinin ATƏT rəhbərliyi ilə görüşməyi təklif edirik. Yüksək səviyyəli planlaşdırma qrupu ilə də görüş planlarımız var", - deyə Popov qeyd edib.

O, görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin qrupunun yeddi nəfərə qədər artırılması barədə razılığın əldə olunduğunu vurğulayıb: "Texniki detallarla bağlı bir sıra məsələlər hələ də qalır. Ümid edirəm ki, bu, aprel ayında müzakirə edəcəyimiz mövzulardan biri olacaq".

Eldar Əlvanoğlu
AzVision.az




Teqlər: ATƏT   Qarabağ   Həmsədr  





Xəbər lenti