Millət vəkilinin imza vərəqələri MSK-ya təqdim olundu

Millət vəkilinin imza vərəqələri MSK-ya təqdim olundu
  28 Avqust 2013    Oxunub:1092
Bu gün prezidentliyə namizəd İqbal Ağazadənin imza vərəqələri MSK-ya təqdim olundu.

Bu barədə məlumatı İqbal Ağazadənin Seçki Qərargahının sədri Taleh Əliyev verib.

“Bu gün prezidentliyə namizəd İqbal Ağazadəyə toplanmış 102 dairə üzrə 879 imza vərəqində 43 min 950 imza yoxlama prosesindən sonra MSK-ya təqdim edildi ”- T.Əliyev deyib.

Seçki qərargahının sədri əlavə olaraq qeyd edib ki, bir neçə gün imzaların yoxlanma prosesi aparılıb. Qərargah üzvləri gərgin və fövqəladə iş rejimində işləyib. Bu müddət ərzində bütün imzalar bir-bir yoxlanılıb.(qafqazinfo)


Teqlər:





Xəbər lenti