Sarkisyan Maltaya niyə gedib?

Sarkisyan Maltaya niyə gedib?
  29 Mart 2017    Oxunub:1606
Ermənistan prezidenti Serj Sarkisyan Maltaya səfərə gedib.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Sarkisyanın səfərinin məqsədi Avropa Xalq Partiyasının (AXP) sammitində iştirak etməkdir.

Sammitə AXP-yə üzvü olan Avropa İttifaqı (Aİ) və Şərq Tərəfdaşlığı ölkələrindən olan dövlət başçıları və partiya rəhbərləri dəvət olunub.

Qeyd edək ki, Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyası 2012-ci ildən AXP-nin üzvüdür.

Eldar Əlvanoğlu
AzVision.az



Teqlər: Ermənistan   Sarkisyan   Malta   Səfər  





Xəbər lenti