Baş Konsulluğa silahlı hücum edilib

Baş Konsulluğa silahlı hücum edilib
  29 Mart 2017    Oxunub:1488
Polşanın Ukraynadakı baş konsulluğuna hücum olub.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, vitse-konsul Kriştof Savitski məlumatı təsdiqləyib.

Bildirilib ki, hadisə gecə saatlarında Lutsk şəhərində baş verib. Binanın damına atılan qumbara partlayışa səbəb olub.

Hazırda baş konsulluğun ərazisi polis əməkdaşları tərəfindən mühafizə olunur.

Hadisə ilə əlaqədar Ukraynanın səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırılıb. Həmçinin, Polşanın Kiyevdəki səfirliyi Ukrayna Xarici İşlər Nazirliyinə etiraz notası göndərəcək.

Eldar Əlvanoğlu
AzVision.az




Teqlər: Polşa   Ukrayna   XİN   Partlayış  





Xəbər lenti