Sergey Lavrov: "Azərbaycan bizə yardım edib"

Sergey Lavrov: "Azərbaycan bizə yardım edib"
  29 Mart 2017    Oxunub:2434
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın bu ölkəyə yardımları yada salıb.
AzVision.az xəbər verir ki, bu barədə Sergey Lavrov “Arqumenti i faktı” nəşrinə müsahibəsində bildirib.

“2010-cu ildə torfluqlarda baş verən yanğının fəsadlarının aradan qaldırılması Azərbaycan, Belarus, Ermənistan, İtaliya, Bolqarıstan, Qazaxıstan, Fransa, Polşa, Türkiyə və Latviya fövqəladə hallar xidmətlərindən yardım alınıb”, - deyə Rusiya XİN rəhbəri bəyan edib.

Lavrov vurğulayıb ki, 2012-ci ildə Azərbaycan və Belarus daşqınlarından əziyyət çəkən Krasnodar diyarının sakinlərinə də humanitar yardım göndərib.

Eldar Əlvanoğlu
AzVision.az




Teqlər: Rusiya   XİN   Lavrov   Azərbaycan  





Xəbər lenti