Ermənistanın növbəti Lapşin yalanı - Lukaşenkonu qəzəbləndirəcək sözlər

Ermənistanın növbəti Lapşin yalanı - Lukaşenkonu qəzəbləndirəcək sözlər
  29 Mart 2017    Oxunub:2702
"Ermənistanın Lapşin məsələsində Belarusa müraciət etməməsi barədə bəyanat həqiqəti əks etdirmir". AzVision.az "Novosti Armeniya"ya istinadən xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Tiqran Balayan deyib: “Biz bu məsələ ilə bağlı müxtəlif səviyyələrdə Belarusa dəfələrlə müraciət etmişik”.
Qeyd edək ki, ötən gün Ermənistan səfiri ilə görüşən Belarus prezidenti Aleksandr Lukaşenko bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasından danışıb. O, bildirib ki, Lapşinlə bağlı Ermənistan tərəfindən ona müraciət edilməyib.

“Ermənistan mənə Lapşin barədə heç vaxt heç nə deməyib. O, Azərbaycan tərəfindən axtarışa verilib. İnterpol bunu bilirdi. Biz prosedur qaydalarına uyğun olaraq xəbər verdik. Lapşini axtarışa verənlərə qaytarmalı idik”.

Eldar Əlvanoğlu
AzVision.az


Teqlər: Ermənistan   Lapşin   Lukaşenko  





Xəbər lenti