Avropa İttifaqı: Ermənistanda seçici səsləri qanunsuz toplanılır

Avropa İttifaqı: Ermənistanda seçici səsləri qanunsuz toplanılır
  29 Mart 2017    Oxunub:2423
“Avropa İttifaqının nümayəndəliyi Ermənistanda seçicilərin təhdid edilməsindən, səslərin qanunsuz şəkildə toplanmasından və digər rəqabət aparan qüvvələrə kömək məqsədilə inzibati resursların sistemli tətbiqindən məlumatlıdır və buna görə narahatdır”
AzVision.az xəbər verir ki, bu haqda Avropa İttifaqının Ermənistandakı nümayəndəliyi bəyanat yayıb.

Bəyanatda bildirilib: "Qeyd etmək lazımdır ki, aprelin 2-də seçkilərlə bağlı bizim qiymətləndirməmiz yalnız seçki günü həyata keçiriləcək seçki prosesinin müşahidəsi ilə məhdudlaşmır. Biz seçicilərin təhdid edilməsindən, səslərin toplanma cəhdlərindən və digər rəqabət aparan qüvvələrə kömək məqsədilə inzibati resursların sistemli tətbiqi haqqında məlumatlı və narahatıq. Biz seçkilərdə iştirak edən bütün tərəflərə Ermənistan Seçki Məcəlləsinin müddəalarına sadiq qalmağa, müvafiq hüquq mühafizə orqanlarına, seçki insititutlarına qərəzssiz və inandırıcı şəkildə mövud qanunların həyata keçirilməsinə çağırırıq".

Şahin Qocayev
AzVision.az


Teqlər: Avropaİttifaqı   Ermənistan   Seçki  





Xəbər lenti