Ermənistanda siyasi məhbusların yaxınları etiraz aksiyası keçirib

Ermənistanda siyasi məhbusların yaxınları etiraz aksiyası keçirib
  29 Mart 2017    Oxunub:1751
Ötən il iyulun 19-da Ermənistanda Sari Tağda baş verən hadisələrlə bağlı başladılan cinayət işi nəticəsində həbs edilən 10 siyasi məhbusun yaxınları, bu gün yenidən ölkənin Baş prokurorluğu qarşısında etiraz aksiyasına başlayıblar.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, onlar qanunsuz olaraq həbs edilən siyasi məhbusların azad edilməsini tələb ediblər.

Siyasi fikirlərinə görə polis tərəfindən zorakılıqla həbs edilən Eduard Zeytunyanın həyat yoldaşı qeyd edib ki, bu gün onlar iş bitənə qədər qalacaqlar və gündəlik oturaq aksiyası təşkil etməklə diqqətlərini həbs edilən yaxınlarının üzərinə çəkəcəklər.

Onun sözlərinə görə, onların oturaq aksiyası öz tələbləri yerinə yetirilənə qədər davam edəcək. Bununla yanaşı, etirazçılar Sari Tağda elektik və suların, qapalı yolların açılmasını tələb ediblər.

AzVision.az



Teqlər: Ermənistan   Aksiya   Siyasiməhbus  





Xəbər lenti