“Fərat qalxanı” əməliyyatı başa çatıb

“Fərat qalxanı” əməliyyatı başa çatıb
  30 Mart 2017    Oxunub:1355
Türkiyə ordusunun Suriyadakı “Fərat qalxanı” əməliyyatı başa çatıb.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasının yekun bəyanatında bildirilib.

Bəyanatda qeyd edilib ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında başladığı "Fərat qalxanı" əməliyyatı uğurla başa çatdırılıb.

Qeyd edək ki, Türkiyə ordusu "Fərat qalxanı" əməliyyatına ötən ilin avqustunda başlayıb.

AzVision.az


Teqlər: Türkiyə   Suriya   FəratQalxanı  





Xəbər lenti