Sabiq prezidentin həbsinə qərar verildi

Sabiq prezidentin həbsinə qərar verildi
  30 Mart 2017    Oxunub:1473
Cənubi Koreya məhkəməsi sabiq prezident Pak Kın He barəsində həbs qərarı verib.

Bu barədə AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir.

Qeyd edək ki, martın 27-də Koreya Respublikasının prokurorluğu məhkəməyə müvafiq sorğu ilə müraciət edib.
Qeyd edək ki, prezident Pak uzun illərdir rəfiqəsi olmuş Çoy Sunsillə əlbir olaraq, bir neçə şirkətin iki şübhəli fonda 70 milyon dollar ianə etməsi qarşılığında təəssübkeşlikdə ittiham edilir.

Korrupsiya qalmaqalı ilə bərabər prezident Pak bir neçə digər ittihamla da üzləşir. Onların arasında 2014-cü ildə 300 insanın ölümü ilə nəticələnən Sevon gəmisinin batması zamanı insanların xilas edilməsində səhlənkarlıq və öz qızını prestijli universitetə yerləşdirmək üçün prezidentlik əlaqələrindən istifadə edilməsi göstərilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Koreya   Prezident   Həbs  





Xəbər lenti