Ermənistan yeni silahlar almaq istəyir

Ermənistan yeni silahlar almaq istəyir
  30 Mart 2017    Oxunub:1577
Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bəyan edib ki, Ermənistan Azərbaycanın hərbi potensialını saxlaya biləcək Rusiya hərbi texnikasının alınmasında maraqlıdır. AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Sarkisyan eyni zamanda bəyan edib ki, Ermənistan silah alışı ilə bağlı yalnız rusiyalı tərəfdaşları ilə deyil, digər tərəfdaşlarla da danışıqlar aparır.

“Biz Azərbaycanın artan silah arsenalını və Azərbaycan Respublikasında döyüş növbətçiliyində dayanan bir sıra silahların istifadəsinin qarşısını ala biləcək texnikaları almaqda maraqlıyıq”, - deyə Ermənistanın müdafiə naziri bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   Azərbaycan   Silah   Qarabağ  





Xəbər lenti