İraqda dəhşətli partlayış: 17 ölü, 60 yaralı

İraqda dəhşətli partlayış: 17 ölü, 60 yaralı
  30 Mart 2017    Oxunub:1342
İraqın paytaxtı Bağdadda terror aktı törədilib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış nəticəsində 17 nəfər ölüb, 60 nəfər yaralanıb.

Məlumata əsasən terrorçu-kamikadze nəzarət-keçid məntəqəsində yük maşınına quraşdırılan partlayıcı qurğunu işə salıb.

Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İraq   Partlayış   Terror  





Xəbər lenti