16 yaşlı gimnastımız qələbə qazandı

 16 yaşlı gimnastımız qələbə qazandı
  28 Avqust 2013    Oxunub:1080
Azərbaycanlı gimnast Anton Yaşin Belarusda keçirilən beynəlxalq “Şerbo Kuboku” turnirində ikinci yeri tutub.

AzVision.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, 16 yaşlı idmançı turnikdə olan yarışlarda finalda gümüş mükafat (12.8 bal) qazanıb.

Qalib isə təşkilatçıların qərarı ilə digər gimnastlar kimi, gənc idmançılarla birgə yarışlarda iştirak edən belaruslu, Olimpiya oyunlarının iştirakçısı Dmitri Barkalov olub. Beləliklə A. Yaşinın “gümüş”ünü asanlıqla qızıl mükafat kimi hesab etmək olar. Bununla yanaşı o, finalda iştirak edən yeganə yeniyetmə idmançı idi.

Digər Azərbaycan gənc gimnastı Kamran Hacıyev (1998-ci il təvəllüdlü) yalnız çoxnövçülük üzrə yarışlarda iştirak edib ki, burada o 68.4 balla 37 iştirakçı arasında 12-ci olub.

Məşqçilər qərargahı öz idmançılarının çıxışlarını qənaətbəxş olaraq qiymətləndirib. Lakin mütəxəssislər anlayırlar ki, 2014-cü il Avropa çempionatında tamhüquqlu iştirak və Çində keçiriləcək Yeniyetmələrin II Olimpiya Oyunlarına bilet uğrunda mübarizə aparmaq üçün bu çox azdır. Bununla əlaqədar olaraq regional və beynəlxalq yarışlarla birgə təlim-məşq toplanışları davam etdiriləcək.

Senior-gimnastlarımıza gəldikdə isə, onlar sentyabrın sonu-oktyabrın əvvəlində Belçikada baş tutacaq dünya çempionatına hazırlıq prosesini davam etdirirlər.

AzVision.az



Teqlər:  





Xəbər lenti