Deputatdan İbrahimbəyovun işlətdiyi ifadəyə sərt təpki

Deputatdan İbrahimbəyovun işlətdiyi ifadəyə sərt təpki
  28 Avqust 2013    Oxunub:1184
Rüstəm İbrahımbəyov Əflan İbrahimovun ünvanına "Şırvanın çörəyi sənə haram olsun" ifadəsini işlədib.

Deputat Fazil Mustafa İbrahimbəyovun çörək ifadəsi barəsində fikirlərini bölüşüb. Deputatın facebook profilində yazılanları təqdim edirik.

-"Haram olsun ona Şirvan çörəyi!". Bu sözləri tanınmış yazar və Milli Şuranın sədri Rüstəm İbrahimbəyov işlədir "El" hərəkatından istefa vermiş bir yerlisi barədə. İfadə olunan fikrin qüsuru barədə yazmaq istəmirdim. Sadəcə tanınmış bir yazarla sıradan bir azərbaycanlının düşüncə tərzinin uyğunluğuna üzüldüm. Əslində təbəqələr arasında düşüncə, mühakimə fərqlərinin aradan qalxması bir cəmiyyətin durğunuluğunun bariz göstəricisidir. Bu torpağın çörəyi, Heydər Əliyevin çörəyi, Çörək gözünü tutsun, Bu çörək haqqı, Bir qismət çörək kəsmişik, Çörəkdən keçəmmədim kimi deyimlərin bolluğunu bütün azərbaycanlı çevrələrində hamımız müşahidə edirik. Hətta Fars dilindən aldığımız ünlü bir sözümüz də var: Nankor. Nan çörək, Kor da Kor demək. Çörəyə kör demək. Hətta daha irəli gedərək, çörəyə fövqəltəbii güc də əlavə edirik: Filankəsin çörəyi gözünü tutsun. Əzizlərim, əvvəlcə buğdanı və ya arpanı üyüdürlər, alınan undan çörək hazırlanır. Qıjqırmasın deyə, Mayadan (Droj) da içinə qatıb satışa çıxarırlar. Çörək bir ruzidir, hər bir faydalı ərzaq kimi...Vəssəlam. Bizim azərbaycanlı niyəsə çörəyi and yerinə, halal-haram təsnifatı üçün müqəddəs meyara çevirib. Allaha aid funksiyaları hardasa Çörəyə də aid etməkdən xoşlanırlar... Haram olsun ifadəsi də kolbasaya, sosiskaya dini qurumlarımız sertifikat verəndən sonra cəmiyyətimizdə daha da yayğınlaşdı. Müqəddəs kitabımızda halalla haramın nələr olduğu göstərilib. Bunun həm maddi, həm də mənəvi izahını təqdim edir. Allahın haram buyurduğunu yeyən, içən, icra edən kimsənin kiməsə "Haram olsun!" ifadəsini işlətməsi tamamilə qüsurludur. Bir də "Şirvan çörəyi" ifadəsi də ən azı məntiqi izahdan tamamilə uzaqdır. Əvvəllər Gəncədən gələn kimsədən xahiş edirdin ki, mənə Gəncə çörəyi gətirərsən. Mən, hər həftə 8-ci km-dən Naxçıvan lavaşı alıram. Halbuki bunun ununun qətiyyən Naxçıvana dəxli yoxdur. Yaxud da İsmayıllıda İvanovka çörəyi məşhurdur. Yəni bunlar özlüyündə bir ərzaq brendi adlardır və çox zaman sui-istifadə də edirlər. Yəni indiki dövrdə çörək də qloballaşmış və çoxçeşidlilik içində artıq öz vətənini və mənşəyini itirmişdir. Siyasətdə özünü sınamaq istəyən hər kəs özü üçün əks hücüm fürsəti verməməyə hazırlıqlı olmalıdırlar məncə...

AzVision.az


Teqlər:





Xəbər lenti