Sarkisyan Qarabağda helikopterinin vurulacağından qorxub

Sarkisyan Qarabağda helikopterinin vurulacağından qorxub
  30 Mart 2017    Oxunub:2400
Ermənistan prezidenti Serj Sarkisyanı son günlər çox ciddi şəkildə qorumağa başlayıblar. AzVision.az “Johovurd” nəşrinə istinadən xəbər verir ki, Sarkisyan Dağlıq Qarabağa son səfəri zamanı və Ermənistanın uzaq bölgələrinə səfərləri zamanı helikopterdən istifadə edib. Prezidentin uçduğu helikopteri iki döyüş helikopterinin müşayiət etdiyi vurğulanır.
Qeyd edilb ki, Norkda saxlanılan cinayətkar dəstə Ermənistan ərazisində bir sıra cinayətlər və terror aktları törətməyi planlaşdırıb. Cinayətkarların mənzilində tapılan silah və sursatlar, həmçinin xəritələr onların təyyarə vurmaq barədə planlarının olmasından xəbər verir. Bu səbəbdən Sarkisyanın təhlükəsizlik tədbirlərini gücləndirdiyi iddia olunur.

Bundan əlavə, Dağlıq Qarabağın keçmiş “müdafiə naziri” Samvel Babayan Gürcüstandan “İqla” zenit raketi gətirdiyi üçün Dövlət Mühafizə Xidməti tərəfindən həbs olunub.

Ermənistanın dövlət mühafizə Xidmətinin rəisi Qraçya Arutyunyan Sarkisyanın təhlükəsizliyinin gücləndirilməsinin səbəbləri haqda suala belə cavab verib ki, bunlar “sırf standart tədbirlərdir və Samvel Babayanın həbsi ilə bağlı deyil”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Sarkisyan   Qarabağ  





Xəbər lenti