Azərbaycanlı taksi sürücüsü 1,6 milyon pul oğurlayıb

Azərbaycanlı taksi sürücüsü 1,6 milyon pul oğurlayıb
  30 Mart 2017    Oxunub:1443
Sankt-Peterburqda azərbaycanlı taksi sürülərinin saxlaılması ilə bağlı insidentin təfərrüatları məlum olub.
AzVision.az “Fontanka” nəşrinə istinadən verdiyi xəbərə görə, Rusiya polisi bir aya yaxındır ki, sərnişini aparan və onun bir milyon rublunu hesabdan çıxardan azərbaycanlıları axtarır.

Hadisə ilə bağlı dörd azərbaycanlı tutulub: Onların üçünün 19 – 46 yaşlarında olduğu bildirilir.

Məlumata görə, fevralın 18-də Peterburq sakini "Wolksvagen" markalı avtomobildə onu ünvanı aparamaq barədə təklifini qəbul edib. İstintaqın versiyasına görə, iki qardaş sərxoş olan sərnişinin baş nahiyəsinə zərbə endirərək onun “iPhone 6s”, bahalı “Vertu” telefonunu və 15 min rublunu alaraq Jokovskoya küçəsində maşından düşürüblər. Cinayətkarlar “iPhone 6s” markalı telefonu 19 yaşlı qohumlarına verib. O, isə öz növbəsində mobil bank xidməti vasitəsilə zərərçəkmişin 150 min rublunu mənimsəyib. Bundan sonra onlar daha bir qohumları vasitəsilə qarət olan şəxsin hesablarından ümumilikdə 1,6 milyon rubl çıxarmağa müvəffəq olublar.

Hazırda Rusiya polisi faktla bağlı araşdırmaları davam etdirir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Taksi   Oğurluq   Azərbaycanlı  





Xəbər lenti