"Sarkisyan yalançı və soyğunçudur" - Ohanyan ifşaedici faktlar açıqladı
S.Ohanyan bəyan edib ki, seçkidə məğlub olsalar belə mübarizələrini davam etdirəcəklər. “ORO” blokunun namizədləri də çıxışlarında hakimiyyətin fəaliyyətini tənqid ediblər. Prezident Serj Sarkisyan yalançılıq və soyğunçuluqda ittiham olunub.
“ORO” blokunun təmsilçisi Raffi Ovanisyan bildirib ki, S.Sarkisyanın rəhbərlik etdiyi bu cinayətkar qruplaşma illərdir Ermənistanı talayır. Onlar hakimiyyətdə təmsil olunduqları müddətdə xalqa yalan vəd verməkdən başqa iş görməyiblər. Şöhrət S.Sarkisyanın gözünü o qədər tutub ki, onu bu posta gətirən insanların əksəriyyətini şərləyərək həbs etdirib.
Ölkədəki problemlərdən, daxili və xarici çəkişmələrdən yorulduqlarını bildirən etirazçılar hər kəsi S.Sarkisyan rejiminə qarşı birləşməyə çağırıblar. İrəvan sakinləri deyiblər ki, S.Sarkisyan nə qədər gec deyil istefa verməlidir. Bu hökumət bilməlidir ki, əhalinin səbir kasası artıq daşıb. İllərdir bizi səfil vəziyyətinə qoyublar. İnsan kimi özümüzdən utanırıq. Biz münaqişə, övladlarımızın gənc yaşlarında ölməsini istəmirik.
Mərkəzi meydanda keçirilən mitinq yürüşlə davam edib. Aksiya iştirakçıları siyasi məhbusların azadlığa buraxılması tələbini də irəli sürüblər.
AzVision.az
Teqlər: Ermənistan Sarkisyan Ohanyan Seçki Etiraz