Britaniya “Brexit” ə görə kompensasiya ödəməyəcək

Britaniya “Brexit” ə görə kompensasiya ödəməyəcək
  30 Mart 2017    Oxunub:1322
Böyük Britaniya Avropa İttifaqının tərkibindən çıxmasına görə bu quruma kompensasiya ödəməyəcək.AzVision.az “ TASS”-a istinadən xəbər verir ki, bunu ölkənin Aİ-dən çıxması məsələləri üzrə naziri Devid Devis deyib.
Nazir “Londonun Brüsselə 50 milyard avro ödəyəcəyi” barədə yayılan xəbərləri şərh edərkən bildirib: “Bizə Avropa Komissiyası tərəfindən belə bir tələb irəli sürülməyib. Bu barədə mövqeyimiz çox sadədir: biz qanunsevən ölkə olduğumuz üçün bütün öhdəliklərimizi yerinə yetirəcəyik. Lakin bizim tərəfimizdən hər hansı iri pul vəsaitinin ödənilməsi gözlənilmir”.

Xatırladaq ki, Britaniya mətbuatında dərc olunan məlumatlara görə, Avropa İttifaqının “brexit” üzrə əsas vasitəçisi Mişel Barnyö hazırda Böyük Britaniyanın həyata keçirmədiyi öhdəliklər üzrə 50 milyard avrodan 60 milyard avroya qədər təzminat ödəməsini London və Brüssel arasında sövdələşməyə daxil etmək üçün işlər aparır.

Söhbət əsasən Aİ ölkələrində yaşayan britaniyalılara pensiya verilməsi, kreditlər üzrə zəmanətin təqdim olunması və digər ehtiyacların ödənilməsindən gedir. Bu məbləğin dəqiq müəyyən edilməsi Avropa İttifaqı ilə Birləşmiş Krallıq arasında danışıqların əsas mövzusu olacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: BöyükBritaniya   Avropaİttifaqı   Brexit  





Xəbər lenti