Ərdoğan ABŞ-ın dövlət katibindən Güləni istədi

Ərdoğan ABŞ-ın dövlət katibindən Güləni istədi
  30 Mart 2017    Oxunub:1153
Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Reks Tillerson prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
AzVision.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə istər ikitərəfli münasibətlərdə, istərsə də regional məsələlərdə iki ölkə arasındakı əməkdaşlığı daha da gücləndirməyin vacibliyi vurğulanıb.

Tərəflər Suriya və İraqda terror təşkilatları ilə mübarizənin davam etdirilməsinin vacibliyini bildirib. Ərdoğan terrorla mübarizədə tərəf müqabilinin düzgün seçilməsinin önəmindən danışıb.

Eyni zamanda görüşdə FETÖ terror təşkilatının rəhbərinin Türkiyəyə ekstradisiyası ilə bağlı prosedurlar, onun ABŞ-da fəaliyyətinin qarşısının alınmasına dair məsələlər müzakirə olunub.

AzVision.az



Teqlər: Türkiyə   ABŞ   Tillerson   Ərdoğan  





Xəbər lenti