ABŞ-da pilot təyyarəni idarə edərkən ölüb

ABŞ-da pilot təyyarəni idarə edərkən ölüb
  31 Mart 2017    Oxunub:1090
“American Airlines” aviaşirkətinin pilotu Uilyam Qrabbs uçuş vaxtı dünyasını dəyişib.

Hadisə ABŞ-da Dallasdan (Texas ştatı) Albukerke (Nyu-Meksika ştatı) şəhərinə şəhərindən uçuş zamanı baş verib.

Pilot “Boeing 737-800” təyyarəsini idarə edirmiş.

Hadisə nəticəsində sərnişinlərdən heç kəs zərər çəkməyib. Aviaşirkətdən bildirilib ki, dünyasını dəyişən pilotun ailəsinə kömək ediləcək.

AzVision.az


Teqlər: ABŞ   Pilot   Təyyarə  





Xəbər lenti