“Əriklər Ölkəsi” Ermənistanda etirazlara başlayır

“Əriklər Ölkəsi” Ermənistanda etirazlara başlayır
  31 Mart 2017    Oxunub:5217
Ermənistanda “Əriklər Ölkəsi” Partiyası ölkə və dünya ermənilərini aprelin 2-də keçiriləcək parlament seçkilərinə qarşı dinc aksiyalara çağırıb. Bu barədə partiya bəyanat yayıb.
“Seçkilərin saxtalaşdırılacağını indidən müəyyən etmək olar. Bu siyasi kampaniya klan hakimiyyətinin qalmasına xidmət edəcək. Diaspor nümayəndələrinin də səs verməsinə şərait yaratmaq lazım idi. Ancaq hakimiyyət kreslosunu itirəcəyi təhlükəsindən bunu etmir” - bəyanatda deyilir.

“Əriklər Ölkəsi” Partiyası seçiciləri hakim Respublikaçılar Partiyasına və hakimiyyətdə əvvəllər təmsil olunanlara səs verməməyə çağırıb. Həmçinin partiya aprelin 3-də etiraz aksiyası keçirməyi təklif edib.

Qeyd edək ki, bu siyasi təşkilat qərbyönlü “İrs” Partiyasının bazasında yaradılıb. (Report.az)

AzVision.az


Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti