Ollandın “Facebook” səhifəsi dağıdılıb

Ollandın “Facebook” səhifəsi dağıdılıb
  31 Mart 2017    Oxunub:1354
Hakerlər Fransa prezidenti Fransua Ollandın “Facebook” sosial şəbəkəsindəki səhifəsini dağıdıblar.

AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hakerlər prezidentin səhifəsini dağıdaraq, orada onun istefası ilə bağlı “ziyafətə dəvətnamə” paylaşıblar.

Dəvətnamədə “ziyafət”in mayın 7-də Yelisey sarayında keçiriləcəyi vurğulanır. Bu postu prezidentin səhifəsindən bir saatdan sonra silmək mümkün olub.

Fransa prezidentinin administrasiyası insidenti şərh etməkdən imtina edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Fransa   Olland   Facebook  





Xəbər lenti